Ağdam Sənaye Parkının rezidenti “Veliev” MMC bu ilin sonuna kimi sənaye parkının ərazisində maye beton istehsal edən zavod inşa etməyi planlaşdırır.
20 milyon manat ayırılacaq, 250 yeni iş yeri açılacaq - BAKI YAXINLIĞINDA YENİ MÜƏSSİSƏ
FED.az xəbər verir ki, bunu “Veliev” MMC-nin şöbə müdiri Coşqun Ağasiyev deyib.
Onun sözlərinə görə, betonu xammal olaraq özləri istifadə edəcəklər. “Veliev” MMC həm də dəmir beton körpülərin tir və dayaqlarını istehsal edəcək: “Bu sahədə işə başlamaq üçün sifarişlərin olması lazımdır. Artıq müxtəlif müəssisələrdən təkliflər gəlib. Hazırda bununla bağlı işlər görülür. Bizdə qəlib sayı çoxdur, bu, bizə sifarişə uyğun iş görməyə imkan verəcək. Sifarişdən əlavə, montaj işlərini də görə biləcəyik. Gündəlik montaj həcminə görə istehsal planlaşdırılacaq”. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)