Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına böyük maraq göstərilir. Bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə 10-dək layihə təqdim edilib.
Eləcə də bax: Ağdam Sənaye Parkındakı güzəştlər digərlərindən - Fərqli Olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
O qeyd edib ki, bu layihələrin ilkin investisiya dəyəri 40 mln. manata yaxındır. Hazırda layihələrin dəyərləndirilməsi aparılır.