Ağdam Sənaye Parkındakı güzəştlər digərlərindən fərqli olacaq.
Eləcə də bax: İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən fermerlərə - Subsidiyalar Veriləcək
FED.az xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktoru Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, Ağdam Sənaye Parkının mərhələli şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur: "Ağdam Sənaye Parkının ikimərhələli inkişafı nəzərdə tutulur, birinci mərhələdə 76 hektarlıq ərazi, daha sonra isə digər ərazi işlənib hazırlanacaq. Sənaye parkı çox strateji yerdə yerləşir, bu park həm dəmiryol stansiyasına, həm də avtomobil yoluna yaxın yerləşir".
Direktor əlavə edib ki, Ağdam Sənaye Parkındakı güzəştlər digərlərindən fərqli olacaq: "Düzdür, bu, hazırda layihə şəklindədir. Hazırda güzəştlərin uzunmüddətli verilməsi, vergi və gömrük rüsumlarından azad olunma məsələləri müzakirə olunur". (Trend)