Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında (Cəbrayıl) qeydiyyata alınmış 24 layihə üzrə 138 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.
Qarabağda sənaye parklarında 1300 nəfər daimi işlə təmin olunacaq - VİDEO
FED.az xəbər verir ki, hazırda sənaye parklarında 18 rezident, 6 qeyri-rezident qeydiyyata alınıb. Bu rezidentlər tərəfindən ümumilikdə Ağdam Sənaye Parkına 117 milyon manat, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 21 milyon manat investisiya qoyulacaq ki, bunun da nəticəsində 1300-ə yaxın iş yerinin yaradılması planlaşdırılır. Ağdam Sənaye Parkında əsasən tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının email və qablaşdırılması, “Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən logistika mərkəzinin yaradılması, gömrük terminalının qurulması, avadanlıq və texnikaların təmiri mərkəzi, topdansatış və pərakəndə anbarlarının tikilməsi və satışının həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkı üçün 190 hektar, “Araz Vadisi İqtisadi Zonası” üçün 200 hektar ərazi ayrılıb. (Azərtac)