Azərbaycanda bu ilin yanvar-iyul aylarında 70,3 milyon manatlıq kağız və karton istehsal edilib.
Eləcə də bax: Azərbaycan 2021-də cins şalvar istehsalını - Üçqat Artırıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, rəsmi statistik göstəricilərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalda 31.5% artım qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövründə 60,6 milyon manatlıq kağız və karton istehsal edilib.
Ötən ay isə 60.3 milyon manatlıq kağız və karton istehsal olunub. Aylıq müayisədə kağız və karton istehsalında 16.5 % artım qeydə alınıb.
Bu məhsulun xaricə ixracından gəlir isə bu ilin yanvar-iyul aylarında 1 milyon 994 min ABŞ dolları (3 milyon 389 min manat) təşkil edib.