Azərbaycan denim matrialdan hazırlanan şalvarların istehsalını kəskin böyüdüb.
Eləcə də bax: Azərbaycanda şirkətin kapitalı kəskin artımla - 150 Mln. Manata Çatdırıldı
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2021-ci ilin əvvəlindən iyul ayının 1-nə qədər denim parçadan ( yaxud jeans) 24.2 min ədəd kişi şalvarları istehsal edilib.
Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artım dinamikasıdır. 2019-cu ilin müvafiq dövründə Azərbaycanda 4.3 min, 2020-cii ildə isə 8.8 min jeans (cins) kişi şalvarı istehsal edilmişdi.