Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyat naziri Mikayıl Cabbarov məlumat verib.
Onun sözlərinə görə, növbəti mərhələdə buraya 400 milyon manatdan artıq sərmayənin yatırılması və 900-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.