2023-cü ildə “Qaradağ Şüşə” SC 30 milyon ədəd şüşə banka istehsalına dair müqavilə imzalayıb.
"Qaradağ Şüşə Zavodu"nun səhmləri - İnvestisiya Müsabiqəsinə Çıxarılacaq
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin özəlləşdirmə şöbəsinin rəisi Əziz Mirzəyev jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, müəssisədə müxtəlif təyinatlı şüşə tara istehsal ediləcək. “Xüsusilə, müəssisə “Aznar”, “AzQranata”, “Sirab”, “Azersun”, “Badamlı” şirkətləri üçün məhsullar istehsal edir. Sifarişçilər əsasən yerli şirkətlərdir, lakin 2022-ci ildə Gürcüstanda “Coca-Cola” şirkəti ilə saziş imzalanıb. Onlar üçün şüşə butulkalar istehsal olunacaq”, - Mirzəyev deyib.
Onun sözlərinə görə, müəssisədə İtaliya və Çexiya avadanlığı quraşdırılıb.
Müəssisədə gündəlik 120 ton şüşə emal oluna bilər, illik istehsal həcmi isə 80-100 milyon ədəd şüşə tara təşkil edir.(İnterfaks-Azərbaycan)