“ASK Şüşə” şirkəti (daha öncə Azərbaycan Sənaye Korporasiyasının strukturuna daxil olub) gələcəkdə özəlləşdirilməsi məqsədilə “Qaradağ Şüşə” SC-yə çevrilib.
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin özəlləşdirmə şöbəsinin rəisi Əziz Mirzəyev jurnalistlərə məlumat verib.
Azərbaycan şirkətinin səhmləri satılacaq – SƏHMDARLARI TOPLANIR
Onun sözlərinə görə, “Qaradağ Şüşə”nin səhmlərinin 85%-i investisiya müsabiqəsinə çıxarılacaq.
"Müsabiqə bu il yaxın vaxtlarda elan ediləcək. Artıq özəlləşdirmə komissiyası yaradılıb, investisiya müsabiqəsinin layihəsini hazırlayır, onun məbləğini və şərtlərini müəyyən edir", - deyə o qeyd edib.
O qeyd edib ki, müsabiqə bütün bu prosedurlar sona çatandan sonra elan ediləcək.
“Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb. Müəssisənin istehsal gücü gündə 120 ton şüşə maye, nizamnamə kapitalı 35 950 630 manatdır.
Mirzəyev vurğulayıb ki, cəmiyyətin səhmlərinin 15%-i müəssisənin kollektivinə güzətli şərtlərə təklif olunacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür