Azərbaycan 2022-ci ildə dünya bazarlarına 5 min 482,68 kq qızıl ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 9,9% azdır.
"Anglo Asian Mining" Azərbaycanda yeni yataqda qızılın həcminin artacağını - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $185 milyon 249,68 min (azalma 8,5%) təşkil edib.
Azərbaycandan $3 milyon 822,39 min dəyərində (artım 73,3%) 5 min 449,41 kq gümüş (artım 82,8) ixrac edilib.
Qızıl və gümüş ixracının bütün həcmi İsveçrənin payına düşüb.
Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqavilə üzrə bu yataqlardan 400 ton qızıl hasilatı planlaşdırılır. 2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən 3 yeni müqavilə bloku işlənmək üçün “Anglo Asian Mining” şirkətinə verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir. (İnterfaks-Azərbaycan)