Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” (Cəbrayıl) sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə (24 rezident, 7 qeyri-rezident) rezidentlik və qeyri-rezidentlik statusu verilib.
Ağdam Sənaye Parkında 1,7 mindən artıq daimi - İŞ YERİ YARADILACAQ
Bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Qeyd edilib ki, bu sahibkarlıq subyektləri tərəfindən sözügedən sənaye parklarında ümumilikdə 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinin bir çoxu artıq tikinti işlərinə başlayıb və işlər sürətlə davam etdirilir. Bəzilərində isə layihələndirmə işləri aparılır, tezliklə onlarında tikinti işlərinə başlamaları nəzərdə tutulur.