“Qarabağ Aqro 44” MMC İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının yeni rezidenti olub.
20 milyon manat ayırılacaq, 250 yeni iş yeri açılacaq - BAKI YAXINLIĞINDA YENİ MÜƏSSİSƏ
FED.az xəbər verir ki, bu, müəssisədə sucuq istehsalı həyata keçiriləcək.
İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.
Bu günədək Ağdam Sənaye Parkı üzrə ümumi 27 layihənin rezidentliyi təsdiqlənib.