Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib.
Eləcə də bax: Neftçala Sənaye Məhəlləsində - Yeni Rezident
FED.az Banker.az-a istinadən xəbər verir ki, zavodun yaradılmasına 20 milyon 960 min manat vəsait sərf olunub.
Fransanın “Sidel” şirkəti zavodda avadanlıqlar quraşdırıb.
Qeyd edək ki, “Badamlı” mineral su yatağı Badamlı qəsəbəsinin cənub qərbində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Yatağın suyu çoxdebitli 5, azdebitli 20 bulaqdan ibarətdir.