“Aqroplanet” MMC-yə İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
Eləcə də bax: Sənaye parklarının idarəedicilərinə qeyri-rezident kimi fəaliyyət qadağan edildi
FED.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yeni rezident Neftçala Sənaye Məhəlləsinin ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə orqanik maye gübrələr istehsal edəcək. İldə 700 ton məhsul istehsal etmək gücündə olacaq müəssisədə 56 iş yeri yaradılacaq.
Neftçala Sənaye Məhəlləsi ölkə prezidentinin 2 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb. 10 hektar ərazini əhatə edən Məhəllədə avtomobil, kənd təsərrüfatı avadanlığı, metal konstruksiyalar, yem, suvarma sistemləri, polietilen suvarma boruları, elektrod istehsalı, balıq emalı və s. müəssisələr fəaliyyət göstərir. (Report)