Qəbələ rayonunda bu ilin doqquz ayı ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 165.887,0 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 39.787,0 min manat, yaxud 31,6 % artıb.
FED.az-ın məlumatına görə, bu, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin hesabat məruzəsində əksini tapıb.
ELƏCƏ DƏ BAX: Rayona 24 milyon manat pul qayulub - 157 EV VƏ İSTİRAHƏT MƏRKƏZİ
Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 22.003,0 min manat, yaxud 96,4 %, kənd təsərrüfatında 1.116,0 min manat, yaxud 2,1 %, tikintidə 14.314,0 min manat, yaxud 68,2 %, nəqliyyatda 95,0 min manat, yaxud 3,3 %, rabitədə 67,0 min manat, yaxud 8,3 %, ticarətdə 2.192,0 min manat, yaxud 8,3 % artıb.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1560 manat təşkil edib. Doqquz ay ərzində sənaye müəssisələrində çalışan 1.438 nəfər işçinin orta aylıq nominal əmək haqqı 330 manat olub. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 36.437,2 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 35.305,1 min manat təşkil edib. 2003-cü ilin oktyabr ayından 1 oktyabr 2018-ci ilədək 15.990-ı daimi olmaqla, 17.789 yeni iş yeri açılıb.
Doqquz ay ərzində açılmış yeni iş yerlərinin sayı 1.083 olub ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir. Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş 1319 nəfərdən 518 nəfər münasib işlə təmin edilib. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixlisərəncaminın icrası ilə əlaqədar müvafiq işlər davam etdirilmiş, doqquz ay ərzində öz bizneslərinə başlamaları üçün tələb olunan aktivlərlə təmin olunmuş 16 nəfər vətəndaşın istifadəsində olan aktivlər onların mülkiyyətinə verilib. Həmin vətəndaşlardan 8 nəfər ətlik-heyvandarlıqla, 4 nəfər südlük-heyvandarlıqla, 1 nəfər arıçılıqla, 1 nəfər kiçik qəlyanaltı sahəsində, 1 nəfər kompüter təmiri, çap və poliqrafiya sahəsində, 1 nəfər isə avtomobil təmiri sahəsində fəaliyyət göstərir. Özünüməşğulluq proqramının növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş vətəndaşlardan 269 nəfərin müraciəti araşdırılıb, onlardan 233 nəfərinin həyətyanı sahəsinə və biznes ideyasını reallaşdırması üçün malik olduğu digər resurslara baxış keçirilib. Müraciəti araşdırılmış vətəndaşların 90 nəfəri “Öz biznesinə başla və təkmilləşdir” təlimlərinə cəlb edilib, onların 89 nəfəri təlimləri başa vurub. Hazırda təlimləri bitirmiş vətəndaşların biznes planlarının müdafiəsinin təşkili istiqamətində işlər həyata keçirilir.
“Ərazi Məşulluq Proqramı”na uyğun olaraq 16 may 2018-ci il tarixdə aktiv məşğulluq tədbiri olan “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkada 210 boş iş yeri təqdim edərək 34 müəssisə və təşkilat, 360 nəfər işaxtaran vətəndaş iştirak etmiş, onlardan 65 nəfər işlə təmin olunub. Hesabat dövründə işaxtaran vətəndaşlardan 12 nəfər 2 aylıq kompüter mühasibliyi peşə kursuna cəlb edilib, 4 nəfər vətəndaş bir aylıq ictimai işlərə cəlb edilib, 11 nəfər “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaş” işlə təmin olunub, 5 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.
Bu rayonda məhsul istehsalı 30 faizdən çox artıb – HESABAT
22:00
30 Okt 2018