“Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1701688171) ötən il 26,7 milyon manat vergi ödəyib.
"Zeytun Pharmaceuticals" dərmanları Tarif Şurasının müəyyən etdiyi qiymətdən yüksək satdığına görə - CƏRİMƏLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, şirkətin vergi ödənişi əvvəlki illə müqayisədə 5,6 milyon manat və ya 17,3% azdır. Belə ki, 2024-cü ildə MMC 32,3 milyon manat vergi ödəmişdi.
Şirkət ötən il ən çox vergi ödəyən 100 şirkət arasında 13 pillə geriləyərək 52-ci yerə düşüb.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.













