Yunanıstanın 12 rayonunda malyariya xəstəliyi ilə əlaqədar qan vermə aksiyaları qadağan edilib.
Yerli media yazır ki, qeydə alınmış halların 61-də insanlar bu xəstəliyə malyariyanın geniş yayıldığı Hindistanda və Afrika ölkələrində yoluxub.
40 il öncə Yunanıstanda kütləvi malyariyanın kökünün kəsildiyi elan edilsə də, 4 il əvvəl yenidən yerli hallar qeydə alınmağa başlayıb.
Milçəklərin keçirdiyi bu xəstəliyin yayılma səbəbi kimi büdcədən səhiyyəyə ayrılan xərclərin azaldılması göstərilir.
Yunanıstanın Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi və Milli Qanvermə Mərkəzi xəbərdarlıq edib ki, bu ilin avqustunda 65 malyariya halı qeydə alınıb. Ötən il bu göstərici bütün il üçün cəmi 85 olub.
- 4 yoluxma halı Yunanıstanın daxilində baş verib
- 50 hal Hindistan subkontitenti və 7 Afrika ölkəsindən gələn miqrantlarda qeydə alınıb
- 11 hal isə malyariyanın yayıldığı ölkələrə səfər etmiş turistlərdə qeydə alınıb.
Malyariya nədir?
Plasmodium parazitinin yaratdığı bu xəstəlik ilk olaraq qaraciyərdə gizlənir və sonra qan dövranı sisteminə daxil olaraq bədənə oksigen daşıyan qırmızı qan hüceyrələrini yoluxdurur.
Parazit qırmızı qan hüceyrələrində hər 48-72 saat ərzində sürətlə artaraq qızdırma, tərləmə və titrəmə yaradır.
Parazit insandan insana yoluxmuş milçəklər vasitəsilə keçir.
Xəstə bir milçəyin bir dişləmi xəstəliyin yayılmasına səbəb ola biləcək gücdədir.
Yunanıstanda qan vermək qadağan edilib
11:34
22 Avq 2016