Əlimizdə olan faktlar göstərir ki, açıq havada virusun yayılma ehtimalı daha azdır”.
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi qeyd edib ki, yumşalmalar sanitar-epidemioloji qaydalara əməl edilməsi, yoluxmanın sayının azalması ilə bağlı edilir: “Burada məsələ hava ilə bağlı deyil. Açıq havada yoluxma ehtimalı daha az olsa da, sanitar-epidemioloji qaydalara ciddi əməl edilməlidir. Çünki yoluxmalar artsa, biz yenə də bağlanmalara məcbur olacağıq” (APA).