Azərbaycanda bu gün koronavirus infeksiyasına 2500 yeni yoluxma faktı qeydə alınıb, 2243 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. İndiyədək koronavirus tapılan 544 650 nəfərdən 505 767 nəfər müalicə olunaraq sağalıb, 7 241 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 31642 nəfərdir.
Son sutka ərzində 15 017, ötən müddət ərzində isə ümumilikdə 5 271 849 test aparılıb.