Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 804 165 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.
Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.