Azərbaycanda son sutkada koronavirus infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 230 907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 760 nəfər müalicə olunaraq sağalıb, 3 153 nəfər vəfat edib. Hazırda 2 994 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 133, bu günə qədər isə ümumilikdə 2 439 718 test icra olunub.