Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 92 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 825 035 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 647 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 399 nəfərdir.
Ölkədə son sutka ərzində 1 946, hazırkı dövrədək isə 7 399 992 test aparılıb.