Azərbaycanda son sutkada koronavirus infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 min 614 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 169 nəfər müalicə olunaraq sağalıb, 10 min 67 nəfər vəfat edib. Aktiv xəstə sayı 378 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 50, bu günə qədər isə ümumilikdə 7 milyon 468 min 434 test icra olunub.