Azərbaycanda son sutkada koronavirus infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 828 min 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 229 nəfər müalicə olunaraq sağalıb, 10 min 116 nəfər vəfat edib. Aktiv xəstə sayı 147 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1261, bu günə qədər isə ümumilikdə 7 milyon 521 min 187 test icra olunub.