Azərbaycanda son sutkada koronavirus infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 1 nəfər bu xəstəlikdən vəfat edib. İndiyədək ölkədə ümumilikdə 826 min 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 232 nəfər müalicə olunaraq sağalıb, 10 min 9 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1846, bu günə qədər isə ümumilikdə 7 milyon 436 min 506 test icra olunub.