Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 795 190 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 181 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 282 aktiv xəstə var. Bu günə qədər 9 727 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 523, bu günə qədər isə ümumilikdə 7 011 596 test icra olunub.