Azərbaycanda bu gün koronavirus infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər koronavirusun qurbanı olub.
İndiyədək ölkədə ümumilikdə 791 min 583 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 303 nəfər müalicə olunaraq sağalıb, 9 min 670 nəfər vəfat edib. Aktiv xəstə sayı 610 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 695, bu günə qədər isə ümumilikdə 6 milyon 673 min 982 test icra olunub.