Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 549 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 36 nəfərdir.
Ölkədə son sutka ərzində 454, hazırkı dövrədək isə 7 626 672 test aparılıb.