Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 324 nəfər müalicə olunaraq sağalıb, 10 268 nəfər vəfat edib, aktiv xəstə sayı 86 nəfərdir.
Ölkədə son sutka ərzində 1 396, hazırkı dövrədək isə 7 606 257 test aparılıb.