Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə FED.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 29 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 46 nəfər isə sağalıb. Xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 511 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 070 nəfər müalicə olunaraq sağalıb, hazırda 187 aktiv xəstə var. Bu günə qədər 10 254 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 656, bu günə qədər isə ümumilikdə 7 595 306 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 168 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 962 384 olub.