Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 828 730 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 386 nəfər müalicə olunaraq sağalıb, 10 129 nəfər vəfat edib, aktiv xəstə sayı 215 nəfərdir.
Ölkədə son sutka ərzində 614, hazırkı dövrədək isə 7 532 959 test aparılıb.