Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 828 251 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 007 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 145 nəfərdir.
Ölkədə son sutka ərzində 1 871, hazırkı dövrədək isə 7 507 868 test aparılıb.