Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 653 yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 809 min 988 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 796 min 632 nəfər müalicə olunaraq sağalıb, 9 min 795 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 561 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 379, bu günə qədər isə ümumilikdə 7 milyon 131 min 537 test icra olunub.