Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 029 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 112, bu günə qədər isə ümumilikdə 6 903 117 test icra olunub.