Azərbaycanda son sutkada koronavirus infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 116 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nəticələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 min 300 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 763 nəfər müalicə olunaraq sağalıb, 10 min 45 nəfər vəfat edib. Aktiv xəstə sayı 492 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 106, bu günə qədər isə ümumilikdə 7 milyon 455 min 670 test icra olunub.