Azərbaycanda bu gün koronavirus infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 346 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 506 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.
Ölkədə son sutka ərzində 3 776, hazırkı dövrədək isə 6 766 600 test aparılıb.