Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 830 min 360 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 660 nəfər müalicə olunaraq sağalıb, 10 min 197 nəfər vəfat edib. Aktiv xəstə sayı 503 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 920, bu günə qədər isə ümumilikdə 7 milyon 568 min 447 test icra olunub.