Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3305 yoluxma faktı qeydə alınıb, 3423 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 439 min 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 min 710 nəfər müalicə olunaraq sağalıb, 5 min 800 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 52 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 172, bu günə qədər isə ümumilikdə 4 milyon 535 min 906 test icra olunub.