Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 654 nəfər müalicə olunaraq sağalıb, 10 085 nəfər vəfat edib, aktiv xəstə sayı 205 nəfərdir.
Ölkədə son sutka ərzində 2 256, hazırkı dövrədək isə 7 487 550 test aparılıb.