Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, 9 948 nəfər vəfat edib, aktiv xəstə sayı 302 nəfərdir.
Ölkədə son sutka ərzində 2 956, hazırkı dövrədək isə 7 323 276 test aparılıb.