Azərbaycanda daha 72 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib.
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 893 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 323 nəfər müalicə olunaraq sağalıb, 10 min 6 nəfər vəfat edib. Aktiv xəstə sayı 564 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1957, bu günə qədər isə ümumilikdə 7 milyon 418 min 494 test icra olunub.