Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3762 yeni yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 287 nəfər müalicə olunaraq sağalıb, 5760 nəfər vəfat edib, aktiv xəstə sayı 53 210 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 017, ötən müddət ərzində isə ümumilikdə 4 517 734 test aparılıb.