Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 19 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 27 nəfər sağalıb, 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 831 638 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 251 nəfər müalicə olunaraq sağalıb, hazırda 122 aktiv xəstə var. Bu günə qədər 10 265 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 851, bu günə qədər isə ümumilikdə 7 602 283 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 131 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 017 olub.