Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.
FED.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 170 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 110, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.