Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 şəxs vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 822 278 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 821 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 526 nəfərdir.
Ölkədə son sutka ərzində 3 313, hazırkı dövrədək isə 7 277 812 test aparılıb.