Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 821 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 181 nəfər müalicə olunaraq sağalıb, 9 910 nəfər vəfat edib, aktiv xəstə sayı 1071 nəfərdir.
Ölkədə son sutka ərzində 3 054, hazırkı dövrədək isə 7 245 111 test aparılıb.