Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, 9 876 nəfər vəfat edib, aktiv xəstə sayı 1 918 nəfərdir.
Ölkədə son sutka ərzində 3 388, hazırkı dövrədək isə 7 206 805 test aparılıb.