Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 40 yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 min 19 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 974 nəfər müalicə olunaraq sağalıb, 9 min 697 nəfər vəfat edib. Aktiv xəstə sayı 348 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 297, bu günə qədər isə ümumilikdə 6 milyon 710 min 309 test icra olunub.