Azərbaycanda bu gün koronavirus infeksiyasına 6841 yeni yoluxma faktı qeydə alınıb, 6772 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
İndiyədək ölkədə ümumilikdə 745 min 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 min 88 nəfər müalicə olunaraq sağalıb, 9 min 50 nəfər vəfat edib. Aktiv xəstə sayı 50 min 31 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 387, bu günə qədər isə ümumilikdə 6 milyon 390 min 225 test icra olunub.