Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 820 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 210 nəfər müalicə olunaraq sağalıb, 9 902 nəfər vəfat edib, aktiv xəstə sayı 1 401 nəfərdir.
Ölkədə son sutka ərzində 2 728, hazırkı dövrədək isə 7 231 342 test aparılıb.